BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ” “Qalatasaray”a qarşı

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti oyununu keçirəcək.

 

Qurban Qurbanovun yetirmələri milli komandaların görüşləri ilə bağlı fasilə dövründə yoldaşlıq matçında qüvvəsini sınayacaq.

 

Ağdam klubu Türkiyə təmsilçisi “Qalatasaray”la görüşəcək. Bakı Olimpiya Stadionundakı qarşılaşma qardaş ölkədəki zəlzələdən zərər çəkənlərə yardın xarakteri daşıyır. Xeyriyyə oyununda hər iki komandanın millilərdəki üzvləri iştirak edə bilməyəcək. Bu üzdən “Qarabağ”ın heyətində digər klubların üzvləri də meydana çıxacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.

 

Yoldaşlıq oyunu

26 mart

20:00. “Qarabağ” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə)

Baş hakim: Əliyar Ağayev

 

"Qarabağ": 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Qerye, 6. Juliu Romau, 2. Qara Qarayev, 15. Leandru Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zübeyr, 99. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

 

"Qalatasaray": 34. Okan Koçuk, 2. Leo Dübua, 4. Matias Yensen, 13. Əmrə Taşdəmir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Dəmir

 

Baş məşqçi: Okan Buruk

 

Bakı Olimpiya Stadionu

 

Apasport.az

Tarix: 26 Mart 2023, 19:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin