Reklam

Mərkəzi Bank problemli kreditlərlə bağlı məlumat yaydı

Azərbaycanda xarici valyutada olan problemli kreditlərin həcmi fevral ayı ərzində 2%-ə yaxın azalaraq cari il martın 1-nə milli valyuta ekvivalentində 567,7 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) Pravda.az-a verilən məlumata görə, bu kateqoriyadan olan problemli kreditlərin həcmi örtən ilin eyni dövrü ilə müqayisədə isə 28,4% azalıb.

 

Qeyd edək ki, 2020-ci il martın 1-nə əsasən maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 15 696,4 mln. manat təşkil edib. Bunun isə 1 297,8 mln. manat və ya 8,3%-nin vaxtı keçib.

 

2020-ci il martın 1-nə əsasən vaxtı keçmiş kreditlərin 56,3%-i milli valyutada, 43,7%-i xarici valyutada olub.

 

Xatırladaq ki, xarici valyutada kreditlərin problemli kreditlərdə xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 50,3% təşkil edib.

Tarix: 11 Aprel 2020, 10:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin