BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda dollara tələbat kəskin artdı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

 

Hərracda tələb 96,3 milyon ABŞ dolları olub və tam təmin edilib. Bu isə, ötən il dekabrın 1-dən sonra ən yüksək göstəricidir. Belə ki, sözügedən hərrac zamanı tələb 82,9 milyon ABŞ dollara kimi yüksəlmişdi.

 

Mərkəzi Bankdan isə bildirilib ki, hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.

Tarix: 28 Mart 2023, 12:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin