BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə icraata götürüldü

Bakıda vəzifəli şəxslər - Rasim Məmmədov və Xəyal Yusubovun cinayət işi üzrə məhkəmə icraata götürülüb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, “RT Ravel” və R.T.Group Akademiya MMC və Kale Dershanesi və Vish Travel MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

 

İstintaq zamanı RT Ravel MMC və R.T.Group Akademiya MMC-nin təsisçisi və direktoru Rasim Məmmədovun, Kale Dershanesi və Vish Travel MMC-nin təsisçisi və direktoru Xəyal Yusubovla birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xaricdə təhsil və iş vizalarının təşkili adı altında müxtəlif şəxslərə məxsus ümumilikdə 164 min manatdan artıq pul vəsaitini ələ keçirməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Rasim Məmmədov və Xəyal Yusubov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 193.1 (yalançı sahibkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

 

Kamal Məmmədov

Tarix: 28 Mart 2023, 18:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin