BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan millisi seçmə mərhələni böyükhesablı məğlubiyyətlə başa vurdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

 

Pravda.az-ın məlumatına görə, yığma Bosniya və Herseqovinada baş tutan matçda Monteneqro kollektivi ilə qarşılaşıb.

 

Görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin yeganə qolunu 34-cü dəqiqədə Ayşən Salamzadə vurub.

 

Beləliklə, II qrupda keçirdiyi 3 oyundan ikisində uduzub, birində qalib gələn yığma seçmə mərhələni 3-cü pillədə başa vurub.

Tarix: 28 Mart 2023, 18:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin