BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtoxuliqanlıq edən şəxs saxlanıldı - VİDEO

Bakıda avtoxuliqanlıq edən şəxs saxlanılıb.

 

Ötən gün paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində “avtoşluq” edən taksi sürücüsü təhlükıli manevrlərlə digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradıb.

 

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, sözügedən ərazidə avtoxuliqanlıq edən “Daewoo Gentra” markalı 77-CG-264 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cəbiyev Məhyəddin Akif oğlu müəyyən edilərək saxlanılıb: “Sürücü Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib edilib. Sənədlər toplanara Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücüyə 500 manat məbləğində cərimə tətbiq edilib, eləcə də o, bir il müddətinə sürücülük hüququndan məhrum edilib”.

 

Tarix: 28 Mart 2023, 21:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin