BURADA REKLAMINIZ OLA
BİLƏR

İltizam Yusifov: “Fazil Mustafaya qarşı olan silahlı hücum ölkəmizə, dövlətimizə qarşı yönələn bir terror aktıdır”

Deputat həmkarım dəyərli Fazil Mustafaya qarşı olan silahlı hücum təkcə onun şəxsinə yox, ölkəmizə, dövlətimizə qarşı yönələn bir terror aktıdır. Bu həm də cəmiyyətimizdə qorxu yaratmaq, ölkəmizdəki sabitliyi pozmaq kimi cəhdlərə yonəlik bir addımdır.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat İltizam Yusifov bildirib.

 

“Fazil Mustafa həmişə dəyərli fikirləri ilə cəmiyyətdəki bütün proseslərə münasibət bildirən, ictimai-siyasi proseslərdə aktiv iştirak edən bir siyasi xadim kimi, həm də cəhalətə, xurafata qarşı çıxan dəyərli bir millət vəkilidir. Bu cür fikirlərlər isə sivil, dünyəvi dövlət əleyhidarlarını həmişə narahat edir. Əminəm ki, hüquq-mühafizə orqanlarımız tezliklə müvafiq tədbir görəcək və cinayətkarlar öz cəzasını alacaqlar. Dəyərli Fazil Mustafaya Allahdan şəfa diləyirəm”, - İ.Yusifov qeyd edib.

Tarix: 29 Mart 2023, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin