BURADA REKLAMINIZ OLA
BİLƏR

Təcili tibbi yardım maşını ilə piyadanı vuraraq öldürən sərxoş sürücüdən xəbər var

Ağsuda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlkin Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

 

Qeyd: 2022-ci il dekabrın 13-ü saat 21 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Yusif oğlu Vəliyev idarə etdiyi xidməti avtomobillə piyadanı vurub. Nəticədə piyada, rayonun Qaraqaşlı kənd sakini Bəkirov Natiq İlyaz oğlu hadisə yerində ölüb.

 

İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib.

 

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, İlkin Vəliyev cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 29 Mart 2023, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin