BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşını bıçaqlayan şəxsin istintaqı başa çatdı

Ağcabədi rayonunda qardaşını bıçaqlamaqda təqsirləndirilən Ziyad İbişovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Cavid Səfərlinin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Ötən ilin dekabrında sərxoş vəziyyətdə olan 1968-ci il təvəllüdlü Ziyad İbişov qardaşı – 1961 təvəllüdlü Muradxan İbişova bıçaqla müxtəlif dərəcəli bədan xəsarətləri yetirib. Yaralı xəstəxanaya çatdırılıb.

 

Ziyad İbişov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 29 Mart 2023, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin