BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qadın ərini bıçaqladı

Göygöl rayonunda kişi bıçaqlanıb, arvadı şübəhili bilinir.

 

Hadisə martın 28-i saat 20 radələrində rayonun ərazisində qeydə alınıb.

 

Belə ki, 1991-ci il təvəllüdlü D.Əliyeva əri, 1991-ci il təvəllüdlü Süleymanov Elçin Zakir oğlu ilə yaşadıqları evdə qısqanclıq zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı qadın mətbəx bıçağı ilə Elçin Süleymanovun qarın nahiyəsinə bir zərbə vurub. Nəticədə kişi bədən xəsarəti alıb.

 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Tarix: 29 Mart 2023, 09:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin