BURADA REKLAMINIZ OLA
BİLƏR

İsrailin xarici işlər naziri apreldə Azərbaycana səfər edəcək

İsrailin xarici işlər naziri Eli Kohen apreldə Azərbaycana səfər edəcək.

 

Bunu E.Kohen martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

 

“Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək”, - İsrailin XİN başçısı bildirib.

 

O, İsraillə Azərbaycan arasında əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayıb: “İsrail Azərbaycanla iqtisadi, texnoloji və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün səy göstərəcək”.

Tarix: 29 Mart 2023, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin