BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 1 yaşadək uşağı olan qadınların NƏZƏRİNƏ

Azərbaycanda Avropa İttifaqının dəstəyi və Dünya Bankının vasitələri ilə hamilə qadınların, həmçinin 1 yaşadək uşağı olan qadınların işləyə biləcəyi sahələrin siyahısı tərtib olunub.


Pravda.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin rəisi Fuad Heydərov Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə deyib.


"Hazırda xüsusən bu qadınlar arasında sorğular keçirməklə həmin sahələrin müəyyən edilməsi istiqamətində işlər görülür. Bundan başqa, qadınların gecə vaxtı əmək fəaliyyətini, həmçinin qadınların gecə vaxtı ezamiyyətini tənzimləyən akta islahatlar edilməsi planlaşdırılır. Əminəm ki, Aİ və DB ilə birgə Azərbaycanda qadınların əmək fəaliyyətinin təmin edilməsi sahəsində yüksək nəticələr əldə biləcəyik", - o əlavə edib.


Trend

Tarix: 29 Mart 2023, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin