BURADA REKLAMINIZ OLA
BİLƏR

Valyuta hərraclarında dollar satışı son üç ilin ən aşağı həddinə enib

Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondu ilə birgə bu ilin mart ayında ümumilikdə 384 milyon ABŞ dolları həcmində valyuta satışı həyata keçirib.

 

Pravda.az xəbər verir ki, bu fevral ayı ilə müqayisədə 7,7% çox, ötən ilin eyni dövrünə nisbətən 27% azdır. Bu ilin birici rübündə isə banklara 929.1 milyon ABŞ dolları satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42,8% azdır. Belə ki, ötən ilin birinci rübündə bankların dollar tələbi 1624.4 milyon ABŞ dolları təşkil etmişdi.

 

Qeyd edək ki, ümumilikdə isə valyuta hərraclarında dollar satışı son üç ilin minimumuna enib./APA

Tarix: 30 Mart 2023, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin