BURADA REKLAMINIZ OLA
BİLƏR

Beynəlxalq Bankın mütəxəssisi məhkəmə zalında həbs edildi, filial müdiri cərimələndi

Şəki Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qəbələ filialının sabiq nəzarətçi mütəxəssisi Qasım Əliyevin (şərti) və həmin bankın müdiri olmuş Valeh Nazimovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə Qasım Əliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilib və məhkəmə iclas zalında həbs olunub. Hökmə əsasən, Valeh Nazimov isə 3000 manat cərimə cəzasına məhkum olunub.

 

İttihama görə, Qasım Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-də nəzarətçi mütəxəssis vəzifəsində işlədiyi dövrdə bankın 75 432 manat məbləğində pul vəsaitinin mənimsəyib.

 

Cinayət materiallarında qeyd edilib ki, bank müdiri olmuş Valeh Nazimov isə səhlənkarlıq edib.

 

Kamal Məmmədov

Tarix: 30 Mart 2023, 16:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin