BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəhim Əliyevin fəaliyyətinə xitam verildi

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin rəhbəri – böyük prokuroru, baş ədliyyə müşaviri Rəhim Əliyevin qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokurorun müavini Elmar Camalov martın 29-da Baş Prokurorluğun inzibati binasında onu qəbul edib, “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

 

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkdiriblər.

Tarix: 30 Mart 2023, 16:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin