BURADA REKLAMINIZ OLA
BİLƏR

Aygün Kazımovanın qohumu evlənmək üçün efirə çıxdı - VİDEO

Xalq artisti Aygün Kazımovanın yaxın qohumu evlənmək üçün canlı efirə çıxıb.

 

Pravda.az bizim media-ya istinadən xəbər verir ki, "Bizimləsən" ictimai-sosial verilişinə pənah gətirən Taleh adlı şəxs pop divanın dayısı oğlu olduğunu bildirib.

 

Avtomobil ustası olduğunu bildirən Taleh sənətlə də məşğul olduğunu dilə gətirib. O, ailə qurmaq istədiyi xanımın xüsusiyyətlərindən də söz açıb:

 

"Həyatıma girəcək xanım məni anlayan, başa düşən olmalıdır. İlk kəlmələrindən öz-özümə deməliyəm ki, bu xanım mənim gələcək həyat yoldaşımdır. Bu veriliş mənim üçün böyük motivasiya oldu, sənətlə məşğul olmaq anlamında. İnşallah davamı gələr".

 

Tarix: 30 Mart 2023, 16:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin