Xəbər verdiyimiz kimi, ötən ilin avqustunda Bərdə rayonunun Kətəlparaq kəndində 14 yaşlı qıza cinsi zorakılıq etmiş üç nəfərin hər biri Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) təqsirli bilinərək, 5 ay müddətinə həbs edilib. Məhkəmənin bu qərarı ictimaiyyətdə ciddi narazılıq yaradıb.
Məsələyə münasibət bildirən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Pravda.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, zorakılıq, xüsusilə də cinsi zorakılıq bütün hallarda pislənilir.
Deputat vurğulayıb ki, uşaqlara, azyaşlı qızlara qarşı belə bir cinayət hadisəsi dünyanın heç bir mədəniyyətində qəbul olunmur: “İllərdir ki, beynəlxalq təşkilatların hesabatlarında biz belə insanlığa yaraşmayan zorakı davranışın, cinayətin statistikasını görürük. Baxmayaraq ki, ölkəmizdə bu cür cinayətlərin sayı digər ölkələrlə müqayisədə çox azdır, lakin hər bir fakt bizi narahat edir və etməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi davamlı olaraq təkmilləşdirilir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 22 oktyabr 2019-cu il tarixində “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun təsdiq edilib. Bu konvensiya daha çox “Lanzarote Konvensiyası” kimi tanınır. Bundan sonra yerli qanunvericiliyə bir sıra mühüm dəyişikliklər və uyğunlaşdırmalar olundu. O cümlədən, Cinayət Məcəlləsində sanksiyaların sərtləşməsini müşahidə edə bilərik. 27 dekabr 2022-ci il tarixli 776-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, 14 yaşına çatmış, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konkret cinayət hadisəsi ilə əlaqədar çıxarılmış qərar, təbii ki, istintaqın gedişindən asılıdır. Əlbəttə ki, belə cinayətin təkcə hüquqi məsuliyyəti yoxdur, burada həm də əxlaqi və mənəvi məsuliyyət məsələsi də var. Ona görə də belə qərarlar çıxaran zaman bütün detallar nəzərə alınmalıdır”.
Aytəkin Qardaşova
5 İyun 08:22
5 İyun 08:00
5 İyun 06:19
5 İyun 00:45
5 İyun 00:42
5 İyun 00:21
5 İyun 00:19
4 İyun 23:54
4 İyun 23:47
4 İyun 23:33
4 İyun 22:25
4 İyun 22:24
4 İyun 22:22
4 İyun 21:44
4 İyun 21:41
4 İyun 21:18
4 İyun 21:04
4 İyun 20:46
4 İyun 20:40
4 İyun 20:34
4 İyun 20:03
4 İyun 19:30
4 İyun 18:56
4 İyun 18:46
4 İyun 18:21
4 İyun 17:43
4 İyun 17:30
4 İyun 17:04
4 İyun 16:32
4 İyun 16:09
4 İyun 15:53
4 İyun 15:35
4 İyun 15:23
4 İyun 15:16
4 İyun 15:09
4 İyun 14:33
4 İyun 14:20
4 İyun 14:08
4 İyun 13:58
4 İyun 13:38
4 İyun 13:35
4 İyun 13:31
4 İyun 13:06
4 İyun 12:18
4 İyun 11:01
4 İyun 10:29
4 İyun 10:27
4 İyun 09:36
4 İyun 09:15
4 İyun 09:09
4 İyun 08:48
4 İyun 06:50
4 İyun 06:43
4 İyun 01:47
4 İyun 01:41
4 İyun 00:35
4 İyun 00:33
4 İyun 00:28
4 İyun 00:08
4 İyun 00:04
3 İyun 22:38
3 İyun 22:28
3 İyun 22:24
3 İyun 20:38
3 İyun 20:27
3 İyun 20:22
3 İyun 19:49
3 İyun 19:43
3 İyun 19:42
3 İyun 18:47
3 İyun 18:45
3 İyun 18:43
3 İyun 18:39
3 İyun 18:03
3 İyun 18:00
3 İyun 17:30
3 İyun 17:10
3 İyun 17:08
3 İyun 16:17
3 İyun 16:02
3 İyun 15:38
3 İyun 15:37
3 İyun 15:23
3 İyun 15:08
3 İyun 15:05
3 İyun 15:03
3 İyun 14:46
3 İyun 14:41
3 İyun 14:07
3 İyun 13:43
3 İyun 13:25
3 İyun 13:13
3 İyun 13:08
3 İyun 13:08
3 İyun 12:43
3 İyun 12:39
3 İyun 12:18
3 İyun 12:17
3 İyun 12:14
3 İyun 12:11
3 İyun 11:58
3 İyun 11:54
3 İyun 11:50
3 İyun 11:31
3 İyun 11:01
3 İyun 10:43
3 İyun 10:26
3 İyun 10:24
3 İyun 10:16
3 İyun 10:13
3 İyun 09:42
3 İyun 09:27
3 İyun 09:22
3 İyun 08:50
3 İyun 08:15
3 İyun 08:12
3 İyun 00:26
3 İyun 00:17
3 İyun 00:15
3 İyun 00:04
2 İyun 23:45
2 İyun 23:38
2 İyun 23:35
2 İyun 23:33
2 İyun 23:15
2 İyun 21:57
2 İyun 21:24
2 İyun 21:15
2 İyun 20:52
2 İyun 20:43
2 İyun 19:59
2 İyun 19:39
2 İyun 19:06
2 İyun 18:58
2 İyun 18:44
2 İyun 18:42
2 İyun 18:38
2 İyun 18:33
2 İyun 18:07
2 İyun 18:04
2 İyun 17:52
2 İyun 17:40
2 İyun 17:39
2 İyun 17:25
2 İyun 17:20
2 İyun 17:05
2 İyun 16:58
2 İyun 16:50
2 İyun 16:38
2 İyun 16:33
Ən son xəbərləri səhifəmizdən də izləyin