BURADA REKLAMINIZ OLA
BİLƏR

AMB: Qlobal trendlərin yerli bank sisteminə əhəmiyyətli təsiri gözlənilmir

Azərbaycan Mərkəzi Bank (AMB) qlobal trendlərin yerli bank sisteminə əhəmiyyətli təsirini gözləmir.

 

Pravda.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

 

"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini sərtləşdirməsi fonunda faiz dərəcələrini artırması beynəlxalq maliyyə bazarlarında qiymətli kağızların dəyərinin azalmasını şərtləndirib. Qeyd edilən qlobal trendlərin Azərbaycan bank sisteminə əhəmiyyətli təsiri gözlənilmir.

 

Belə ki, bank sektorunun maliyyələşməsi və investisiya siyasəti əsasən daxili resurslar hesabına təmin olunur. Eyni zamanda, yerli bankların xarici banklarda müxbir hesabları üzrə əməliyyatlar daim diqqətdə saxlanılır. AMB bu istiqamətdə davamlı təhlil və monitorinqlər apararaq situasiyanı diqqət mərkəzində saxlayır, davamlı olaraq preventiv tədbirlər həyata keçirir.

 

Azərbaycan bank sektorunun kapital və likvidlik mövqeyi hazırda minimum tələbləri iki dəfəyə yaxın üstələyir. Ümumilikdə, maliyyə sektorunun bütün seqmentlərinin cari vəziyyəti, riskləri və şoklara qarşı dayanıqlığı barədə AMB internet səhifəsində yarımillik əsasda açıqlanan “Maliyyə sabitliyi hesabatı”nda ətraflı məlumat verib", - deyə açıqlamada qeyd olunub./Report

Tarix: 30 Mart 2023, 18:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin