BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını öldürmək istəyən şəxsin istintaqı yekunlaşdı

Abşeronda keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən Bəhruz Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsimə göndərilib.


Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.


Məhkəmənin ilkin hazırlıq iclası aprelin 28-nə təyin edilib.


Qeyd: Hadisə Abşeron rayonunun Xırdalan şəhəri, M.Hüseyn küçəsində qeydə alınıb.


Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Bəhruz Əliyev boşandığı arvadı İlahə Əliyevanı bıçaqlayıb.


Faktla bağlı cinayət işi başlanılıb, Bəhruz Əliyev tutularaq istintaqa təhvil verilib.


Kamal Məmmədov 

Tarix: 30 Mart 2023, 19:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin