BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobil aşıb, ölən var

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

 

Qəza Maştağa qəsəbəsində qeydə alınıb.

 

2002-ci il təvəllüdlü Rəcəbov Bilal Füzuli oğlu “Toyota Prius” markalı avtomobillə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb.

 

Hadisə zamanı sürücü aldığı xəsarətlərdən ölüb.

 

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

 

Hazırda qəzanın dəqiq səbəbləri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır./APA

Tarix: 31 Mart 2023, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin