BURADA REKLAMINIZ OLA
BİLƏR

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var

Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən nəfər saxlanılıblar.

 

Bu barədə Pravda.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

 

Araşdırma zamanı saxlanılan şəxslərin, 1992-ci il təvəllüdlü İran vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilib.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Tarix: 31 Mart 2023, 10:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin