BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Həsrət: İran bir terror dövlətidir və Azərbaycanda da kiminsə ayağına daş dəysə bu şeytan yuvasından görülür

“Fazil Mustafanın vəziyyəti yaxşılaşır və bildirilir ki, bir neçə günə evə çıxacaq. Bu isə o deməkdir ki, ona güllə atanların və atdıranların arzuları baş tutmadı. Hədəflərinə çata bilmədilər, əksinə, cəmiyyətimizi daha ayıq-sayıq olmağa sövq etdilər. Ən maraqlısı isə budur ki, bu sui-qəsdin ilk anından Azərbaycan ictimai rəyi əməlin arxasında İrandakı şeytani rejimin durduğuna işarə etdi”.

 

Pravda.az xəbər verir ki, bunu siyasi şərhçi Azər Həsrət deyib.

 

“Təsadüfdürmü? Ortada heç bir dəlil-sübut, hətta ip ucu yoxkən niyə bizim insanlarımızın az qala hamısı bu qənaətə gəldi? Səbəbsiz deyil. Ona görə ki, törədilən sui-qəsd – terror əməli bütün görsənişləri ilə fars-molla rejiminin əməllərini təkrarlayır. Bəli, məhz bu səbəbdən insanlar hətta əminliklə deyir ki, Fazil Mustafaya güllə atılması İranın işidir. Bu durum hardan qaynaqlanır bəs? Əlbəttə, İranın özündən! Onun terrorçu dövlət mahiyyətindən! Onu idarə edənlərin orta əsr təfəkküründə ilişib qalmasından! İran özünü belə tanıdıb. Özü də təkcə Azərbaycana deyil, bütün dünyaya. İran bir terror dövlətidir və Azərbaycanda da kiminsə ayağına daş dəysə bu şeytan yuvasından görülür. Nə etməli? İran bitməlidir! Güney Azərbaycan Cümhuriyyəti qurulmalı, İrandakı türklər öz müstəqil dövlətinə qovuşmalı və terror yuvası bitirilməlidir!” -  A.Həsrət qeyd edib.

Tarix: 31 Mart 2023, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin