BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmyerlisini stulla döyən keçmiş məhkuma AĞIR CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində Balakəndə xalası oğluna xəsarət yetirməkdə təqsirləndirilən İntiqam Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 20 avqust 2022-ci il tarixdə saat 13 radələrində Balakən rayonunun Hənifə kəndində qeydə alınıb.

 

Belə ki, 1987-ci il təvəllüdlü İntiqam Məmmədov mübahisə zəminində həmyerlisi Novruz Quliyevin (soyadı şərti) baş və kürək nahiyələrinə üç ədəd taxta stulu qəsdən ardıcıl vuraraq ona xəsarət yetirib.

 

Onun barəsində Cinayət Məclləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: İntiqam Məmmədov daha əvvəllər məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov

Tarix: 31 Mart 2023, 17:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin