BURADA REKLAMINIZ OLA
BİLƏR

Son 7 ildə narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində 980 nəfər ölüb

Son 7 il (2016-2022) ərzində narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 980 nəfər olub.

 

Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnalında öz əksini tapıb.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsinin verdiyi rəsmi məlumata əsasən, narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 2016-ci il üzrə 39 nəfər, 2017-ci il üzrə 58 nəfər, 2018-ci il üzrə 90 nəfər, 2019-cu il üzrə 126 nəfər, 2020-ci il üzrə 160 nəfər, 2021-ci il üzrə 258 nəfər, 2022-ci il üzrə 249 nəfər təşkil edib.

Tarix: 1 Aprel 2023, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin