BURADA REKLAMINIZ OLA
BİLƏR

Mirvari Qəhrəmanlı: “Abonentdən sərf olunan qaz üçün nağd pul yığmaq tapşırığı kim tərəfindən verilib?” - FOTO

Mirvari Qəhrəmanlı: “Abonentdən sərf olunan qaz üçün nağd pul yığmaq tapşırığı kim tərəfindən verilib?”

 

““Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsi, Ucar Xidmət Sahəsi nəzarətçilərdən mart ayı üçün tələb olunan plan və öhdəliyi açıqlayıb. Belə bir öhdəlik işçi ilə bağladığınız Əmək Müqaviləsində var? Abonentdən sərf olunan qaz üçün nağd pul yığmaq tapşırığını kim (qurum) tərəfindən və nəyə əsasən verilib?”

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib.

 

M.Qəhrəmanlının sözlərinə görə, qaz nəzarətçisinin ayda bir dəfədən az olmayaraq, bildirişləri abonentlərə paylamaq və ödənişlərə cəlb etmək öhdəliyi var: “Bu sənədə əsasən mart ayının ortalarında işdən azad olunan (Əmək Məcəlləsi, maddə 70ç) İlkin Məmmədov rəisin tapşırığını ( qeyri qanuni öhdəliyi) 67% yerinə yetirib!”

Fotoları təqdim edirik
Tarix: 1 Aprel 2023, 14:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin