BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının bu qəsəbəsini su basdı - VİDEO

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi bərbad vəziyyətə düşüb.

 

“Xezerxeber.az”ın məlumatına görə, sakinlər deyirlər ki, hər dəfə yağışdan sonra küçədə böyük gölməçələr yaranır.

 

Onlarınn sözlərinə görə, Ruslan Allahverdiyev  küçəsi yüzlərlə sakinin istifadə etdiyi yoldur və burada 10 saylı Laçın rayon orta məktəbi də yerləşir.

 

Məsələ ilə bağlı məlumat almaq üçün Xocəsən bələdiyyəsinə üz  tutduq. Ancaq küçədəki vəziyyətlə əlaqədar suallarımıza cavab verən olmadı.

Binəqədi Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil. Burada həmin sistemin yaradılması, eləcə də yolun asfaltlanması ilə bağlı icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət edilib.

 

Tarix: 2 Aprel 2023, 01:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin