BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qalatasaray” növbəti qələbəsini qazandı - VİDEO

Türkiyə Super Liqasında XXVII turun oyunları keçirilir.

 

Lider “Qalatasaray” “Adana Demirspor”u qəbul edib. Görüş “sarı-qırmızılar”ın qələbəsi ilə başa çatıb - 2:0.

 

İstanbul təmsilçisinə üç xal qazandıran qolları 86-cı dəqiqədə Fredrik Midtşö və 90+8-ci dəqiqədə penaltidən Nikolo Zaniolo vurublar. Qələbə sayəsində xallarını 64-ə çatdıran “Qalatasaray” vahid liderdir. Komanda ən yaxın izləyicisi “Fənərbağça”nı 9 xal üstələyir. “Adana Demirspor” 49 xalla 4-cüdür.

 

Oxu.az

 

Tarix: 2 Aprel 2023, 01:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin