BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda siqaretlərin qiyməti yenidən bahalaşıb.

 

Pravda.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakıdakı mağazaların satıcıları məlumat verib.

 

Bildirilib ki, bu gün səhərdən markasından asılı olmayaraq hər bir siqaret 10 qəpik bahalaşıb.

 

Qeyd edək ki, bu barədə sosial şəbəkə istifadəçiləri də paylaşım edib. Paylaşımlarda qeyd olunub ki, "Kent-4" 10 qəpik bahalaşaraq, 3.80-dən 3.90-a, "Winston" 3.70-dən 3.80 qəpiyə qalxıb.

 

Hələlik bununla bağlı böyük market şəbəkələrindən rəsmi açıqlama verilməyib.

Tarix: 3 Aprel 2023, 14:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin