BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Həsənov Selçuk Bayraktarı medalla təltif etdi

Aprelin 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşüb.

 

Pravda.az xəbər verir ki, müdafiə naziri qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

 

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir bu əlaqələrin zaman keçdikcə daha da inkişaf etdiyini və gücləndiyini bildirib.

 

Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığı xüsusi vurğulanıb.

 

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən S.Bayraktar ölkəmizə səfərindən məmnun olduğunu və bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

 

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Sonda müdafiə naziri S.Bayraktarı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.

Tarix: 3 Aprel 2023, 16:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin