BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədovdan QƏRAR

İstintaq təcridxanalarının daxili intizam Qaydalarına dəyişiklik edilib.

 

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, istintaq təcridxanalarında saxlanılan şəxslərin yerləşdirilmə həddi müvafiq olaraq Azərbaycan Respublikasının ədliyyə naziri (Naxçıvan Muxtar Respublikasının ərazisində—Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri) və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi tərəfindən müəyyən ediləcək.

 

Əvvəl Naxçıvan Muxtar Respublikasının ərazisində - Naxçıvan

 

Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi də bu siyahıda yer alırdı.

 

Nazirlər Kabinetinin qərarı ilə artıq Naxçıvan Muxtar Respublikasının ərazisində də bu sahədə səlahiyyət Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.

Tarix: 4 Aprel 2023, 18:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin