BURADA REKLAMINIZ OLA
BİLƏR

Tikinti obyektlərinin istismarına icazə proseduru ilə bağlı yenilik: Mayın 1-dək inşa olunmuş...

Tikinti obyektlərinin istismarına icazə prosedurlarının təkmilləşdirilməsi ilə bağlı layihə I oxunuşda təsdiqlənib.

 

Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

 

Dəyişikliklə tikintisi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmamış, bu il mayın 1-nə qədər inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.

 

Sənədə əsasən, tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı xidmətlərə görə sifarişçi haqq ödəməli olacaq.

 

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Tarix: 7 Aprel 2023, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin