BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və Gürcüstan liderləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsini müzakirə ediblər

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.

 

Pravda.az xəbər verir ki, görüşdə həmçinin yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmi vurğulandı və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi vurğulanıb.

 

Azərbaycanın və Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu xüsusda birgə səylərin göstərilməsinin vacibliyi qeyd olunub.

Tarix: 7 Aprel 2023, 17:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin