BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlik: Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət yoxdur

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Burada çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər.

 

Pravda.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

 

“Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır. Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir. Məsələ ilə bağlı əlavə məlumat veriləcək”, - o qeyd edib.

Tarix: 8 Aprel 2023, 17:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin