BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələn həftə rayonlarda gözlənilən hava açıqlandı

Azərbaycanın rayonlarında gələn həftə ərzində hava şəraitinin dəyişkən, fasilələrlə yağıntılı olacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, I proses aprelin 10-dan 12-si səhərədək, II proses isə 13-dən 14-ü gündüzədək davam edəcək. Əsasən şimal və qərb rayonlarında yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda aprelin 10-da 15-18 m/s, 13-də isə arabir 20-25 m/s-dək güclənəcək.


Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Tarix: 9 Aprel 2023, 14:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin