BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Qurbanov vəzifəsindən gedir - Yerinə general gəlir

Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.

 

Qol.az-ın əldə etdiyi xəbərə görə, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək. 2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov olacaq.

 

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bugünlərdə Azərbaycan Atletika Federarasiyanın prezidenti seçilib.

Tarix: 11 Aprel 2023, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin