BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda illik inflyasiya proqnozu yeniləndi

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 11,3 % səviyyəsində olacağını proqnozlaşdırır.

 

Bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.

 

Bu, Fondun oktyabr ayına olan proqnoz göstəricisi ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

 

IMF gələn il Azərbaycanda inflyasiyanının 8 %, 2028-ci ildə isə 4 % səviyyəsində olacağını gözləyir.

 

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsində inflyasiyanın 2022-2026-cı illərdə hər il orta hesabla 6,2 % olması pqonozlaşdırılıb. 2023-cü ildə isə 6,9 % səviyyəsində gözlənilir.

 

2022-ci ildə Azərbaycanda inflyasiya 13,9 % səviyyəsində qeydə alınıb.

Tarix: 11 Aprel 2023, 17:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin