BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan ağır atletləri İrəvana gedirlər

Ağır atletika üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib.

 

Pravda.az-ın məlumatına görə, yığma qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq.

 

Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək. İlkin siyahıda yer alan Dadaş Dadaşbəyli (109 kq) heyətdən çıxarılıb.

 

Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək./Report

Tarix: 12 Aprel 2023, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin