BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və Ermənistan danışıqlarının növbəti raundu bu ölkədə keçiriləcək

Azərbaycan və Ermənistan danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verib.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı tərəflərin razılığı var.

 

Bununla belə, Rusiya XİN sözçüsü danışıqların növbəti raundunun tarixini açıqlamayıb. Bildirib ki, vaxt konkretləşən kimi məlumat veriləcək./APA

Tarix: 12 Aprel 2023, 15:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin