BURADA REKLAMINIZ OLA
BİLƏR

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 13-də axşam şimal-qərb küləyinin 15-20 m/s, 14-də gün ərzində isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.


Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 

Azərbaycanın rayonlarında aprelin 12-si axşam qərb rayonlarından başlayaraq 14-ü gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.


Çaylarda sululuğun artacağı ehtimalı var.

Tarix: 12 Aprel 2023, 17:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin