BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazilə İsmayılova İrəvandakı Avropa çempionatında mübarizəyə başlayacaq

Bu gün Ermənistanın paytaxtı İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürəcək.

 

Birinci gündə Azərbaycan yığmasının bir idmançısı mübarizəyə qoşulacaq.

 

İlk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. O, 49 kq çəki dərəcəsində mübarizə aparacaq.

 

Qeyd edək ki, Azərbaycan millisinin heyətində kişilərin yarışında İsa Rüstəmov (67 kq) aprelin 17-də, Ömər Cavadov (73 kq) 18-də, Əli Şükürlü (102 kq) isə 22-də yarışacaq. Qitə birinciliyinə ayın 23-də yekun vurulacaq.

Tarix: 15 Aprel 2023, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin