BURADA REKLAMINIZ OLA
BİLƏR

İstirahət gününün hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidməti aprelin 16-na gözlənilən hava proqnozunu açıqlayıb.


Pravda.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.


Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Tarix: 15 Aprel 2023, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin