BURADA REKLAMINIZ OLA
BİLƏR

Kütləvi tədbirlər iyulun ortalarınadək qadağan olundu

Koronavirus pandemiyası səbəbindən dayandırılan Fransa Liqa1-in oyunları iyulun ortalarına qədər keçirilməyə bilər.

 

Pravda.az-ın xəbərinə görə, yarış bərpa olunsa, qarşılaşmalar azarkeşsiz baş tutacaq.

 

Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində ölkədə iyulun ortalarınadək kütləvi tədbirlərin qadağan olduğunu bəyan edib. Bu isə o deməkdir ki, həmin müddətədək azarkeşlərin iştirakı ilə idman tədbiri keçirmək mümkün olmayacaq.

 

İnsanların kütləvi toplandığı yerlər də qapalı qalacaq. Lakin Makron bildirib ki, karantin tədbirləri mayın 11-dən yüngülləşdiriləcək. Həmin tarixdən sonra çempionatın bərpası mümkün olsa da, görüşlər yalnız boş tribunalar önündə keçirilməlidir.Apasport

Tarix: 13 Aprel 2020, 23:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin