BURADA REKLAMINIZ OLA
BİLƏR

Qurban Qurbanovun oğlunun dəyəri açıqlandı - Fantastik məbləğ

İtaliyanın "sportcafe24.com" saytında "Qarabağ"ın futbolçusu Musa Qurbanlının "Torino" klubuna mümkün keçidi haqda xəbər tirajlanıb.

 

Sfera.az Sportinfo.az-a istinadla xəbər verir ki, 21 yaşı tamam olan hücumçunun İtaliya klubuna keçid ehtimalı 25 faiz olaraq göstərilib.

 

Bundan başqa, Qurbanlının dəyərinin təxminən 5 milyon avro olduğu da vurğulanıb.

 

Musa Qurbanlı bu mövsüm Misli Premyer Liqasında 20 qolla bombardirdir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Tarix: 16 Aprel 2023, 18:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin