BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Əliyev dördqat Avropa çempionu oldu

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.


Pravda.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı pəhləvan finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.


Bununla Əliyev karyerasında dördüncü dəfə Avropa çempionluğu tituluna yiyələnib.
 

Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə (57 kq) də Xorvatiyadakı Avropa çempionatının qalibi olub.

Tarix: 18 Aprel 2023, 21:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin