BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bu marşrut ləğv edildi

Aprelin 20-dən 149 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan ortatutumlu avtobuslarla həyata keçiriləcək.

 

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də dəyişiklik edilib. Sərnişin tələbatına uyğun olaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi Zərifə Əliyeva küçəsi (“Sahil” metro stansiyası) təyin edilib.

 

Aparılan təhlillər əsasında 127 nömrəli marşrutun hərəkət sxemi 149 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin əksər hissəsini təkrarlayacağı üçün fəaliyyəti ləğv edilib. Bu dəyişiklik sayəsində ümumilikdə 50 min nəfər yaxın sakini olan Sahil qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Tarix: 19 Aprel 2023, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin