BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni cərimələr gəlir

Yeni cərimələr gəlir

Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına zərər vurulmasına görə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə tətbiq olunacaq. 

Pravda.az-ın xəbərinə görə, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçiriləcək iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 198.2-ci maddədə əksini tapıb. 

Həmin əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 1500 manatdan 2000 manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Tarix: 14 Aprel 2020, 14:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin