BURADA REKLAMINIZ OLA
BİLƏR

Nərimanovda iftar süfrəsi təşkil olunub - FOTO

Nərimanov rayonunda Ramazan ayı münasibətilə şəhid ailələrinin və qazilərin iştirakı ilə iftar süfrəsi təşkil edilib.

 

“Qafqazinfo”nun məlumatına görə, mərasimdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev də iştirak edib.

 

Elgin Həbibullayevin sözlərinə görə, artıq üçüncü ildir ki, xalqımız Ramazan bayramını qalib, məğrur və qüdrətli bir xalq olaraq qarşılayır: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıb, ədalət bərqərar olub”.

 

İcra başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda yaxınlarını itirən şəhid ailələrinə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə, qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırıb.

Fotoları təqdim edirik
Tarix: 20 Aprel 2023, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin