BURADA REKLAMINIZ OLA
BİLƏR

Müavinət, təqaüd, ünvanlı yardım alanların nəzərinə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.

 

Nazirlikdən verilən məlumata görə, aprelin 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 14-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların aprel ayının pensiya ödənişləri həyata keçirilib.

 

Beləliklə, bu ayın bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşdırılıb.

Tarix: 20 Aprel 2023, 18:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin