BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünya Güləş Birliyi: "Mariya Stadnik müasir dövrün əfsanəsidir" - FOTO

Dünya Güləş Birliyi (UWW) Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) və türkiyəli Yasemin Adarla (76 kq) bağlı paylaşım edib.

 

UWW-nin sosial şəbəkə hesablarında Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında qızıl medal qazanan hər iki idmançının fotosu yayımlanıb.

 

Paylaşımın üzərində isə "Müasir dövrün iki əfsanəsi" sözləri yazılıb.

 

Qeyd edək ki, Zaqrebdəki yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxan Stadnik 9-cu, Adar isə 6-cı Avropa çempionluğunu rəsmiləşdirib.

Fotoları təqdim edirik
Tarix: 21 Aprel 2023, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin