Bu gün dünyada və Azərbaycanda baş verən böhran iqtisadiyyatın real sektorunun böhranıdır deyə daha çox işsizliyə və əhalinin maddi durumunun ağırlaşmasına səbəb olur. Azərbaycanda problem həm də neft qiymətləri ilə bağlıdır – valyuta gəlirləri kəskin azalır, ÜDM azalacaq, manata olan basqılar artacaq.
Amma növbəti mərhələ həm dünyada, həm də bizdə maliyyə-bank böhranı olacaq, özü də bu böhran yaxın 2 ayda daha da kəskin hiss ediləcək. Söhbət ondan gedir ki, dünya ölkələrində həm biznes, həm əhali kredit öhdəliklərini yerinə yetirə bilmir, getdikcə faiz ödəmələri azalacaq, toksik, priblemli kreditlərin həcmi artacaq.
Bu gün Azərbaycanda kredit portfelinin həcmi 15 mlrd. 513 mln. manatdır. Kreditlərin az qala yarısı istehlak kreditləridir, bu gün biznesin böyük bir hissəsi, istehlak krediti götürən əhalinin çoxu kredit faizlərini ödəyə bilmirlər. Hökumət isə yenə addım atmaqda gecikir, sonda daha baha qiymətə Bankları xilas etməyə məcbur olacaq. Hökumətin yardım paketində kreditlərlə bağlı bir bənd var – bəzi iş adamlarına götürdükləri kreditlər üzrə faizlərin yarısını dövlət ödəyə bilər. Gəlin lap sadə dillə izah edim: Mən, tutalım, kafe-restoran işlədən iş adamıyam, bankdan 15%-lə biznes krediti götürmüşəm, bu pula yeni avadanlıq, stol-stul almışam, obyekti təmir etmişəm ki, işləyib, qazanıb kreditimi bağlayacam. Bu gün hökumət mənə deyir ki, obyektini bağla, işləmə - mən də qanunsevər vətəndaş kimi obyektimi bağlamışam. İndi hökumət mənə deyir ki, işçiləri ixtisar etmə, obyektin icarə pulunu da özün ver, bankdan götürdüyün kreditin də 7,5%-ni ödə, qalanını mən verəcəm. Mən iş adamı olaraq bunu edə bilərəmmi – təbii ki, yox. Bəs nə olacaq? Mən kredit üzrə faizləri sadəcə ödəməyəcəyəm.
Eyni vəziyyət istehlak kreditləri ilə də yaranıb - əhalinin böyük bir qismi işləmir, evdə oturub, gəliri yox, qazancı yox, istehlak kreditləri ilə bağlı hökumət heç bir addım atmır, əhali faizləri ödəyə bilmir – deməli toksik, problemli kreditlərin həcmi artacaq.
Mart ayının əvvəlinə ölkədə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 307 milyon manat olub və ümumi kredit portfelinin 8,4 faizini təşkil edib. Cəmi 3 aydan sonra (aprel-may-iyun) problemli kreditlərin həcmi 2 dəfəyə yaxın artacaq, əgər iyulda iqtisadiyyat işə düşməsə (hətta karantin bitəndən sonra belə iqtisadiyyatın çarxlarının dönməyə başlaması, azı, 6 ay çəkəcək), növbəti 3 ayda problemli kreditlərin həcmi 5 mlrd. manata, ümumi kredit portfelinin 25-30%-nə çata bilər.
Hörmətli qərarverənlər, gərək gözləyəsiniz ki, problemlər aşsın-daşsın sonra addım atasınız?! Bilmirsinizmi ki, önləyici addımlar daha ucuz başa gəlir və daha effektli olur?! Əslində çox bəsit qərarla məsələni çözmək olar: 1) Bütün növ kreditlərlə bağlı faiz ödəmələrini 6 aylıq dondurursunuz, 2) Banklara ziyan dəyməsin deyə onlar da 6 aylıq bütün növ vergilərdən azad edilir, 3) Vergidən tam azad olunma Bankların itgilərini kompensasiya etməyəcək – ona görə də, Mərkəzi Bank öz manat rezervlərindən bütün banklara ilk 6 ayı 0%, növbəti 6 ayı isə 3% olmaqla bir illik kredit xətti açır.
Bu addımlar Banklar üçün çox cazib və sərfəli olacaq, əhali və biznes də dərindən nəfəs alacaqlar.
P.S. Yeri gəlmişkən, “Moody`s” beynəlxalq reytinq agentliyi 2 gün öncə koronavirus epidemiyası və neftin ucuzlaşması fonunda Azərbaycanın bank sistemi üzrə proqnozu "müsbət"dən "mənfi"yə dəyişib. Açıqlamada deyilir: "Proqnozun “Mənfi"yə dəyişdirilməsi koronavirus epidemiyasının ölkədə iqtisadi fəallığın pozulmasına gətirib çıxaracağı və neft qiymətlərinin ucuzlaşması ilə birlikdə vətəndaşların, kiçik və orta biznes müəssisələrinin, eləcə də iri şirkətlərin öz kreditlərinə xidmət göstərmək qabiliyyətinə zərbə vuracağı ilə bağlı gözləntilərimizi əks etdirir. Bütün bunlar Azərbaycanın bank sektorunda problemli kreditlərin payının artmasına gətirib çıxaracaq".
Xub, bizə inanmırsınız, heç olmasa nüfuzlu beynəlxalq təşkilata inanın...
Natiq Cəfərli
İqtisadçı
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
27 Mart 15:04
27 Mart 14:40
27 Mart 14:03
27 Mart 13:34
27 Mart 13:23
27 Mart 13:16
27 Mart 12:53
27 Mart 12:40
27 Mart 12:27
27 Mart 12:24
27 Mart 12:23
27 Mart 12:20
27 Mart 12:18
27 Mart 12:14
27 Mart 12:05
27 Mart 11:54
27 Mart 11:52
27 Mart 11:50
27 Mart 11:42
27 Mart 11:40
27 Mart 11:37
Ən son xəbərləri səhifəmizdən də izləyin